"Qəbələ" 16-cı dəfə "Zirə"ni öz meydanında qəbul edəcək. 6 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 20 qol vuran komanda 10 top buraxıb.

Bu həftə Misli Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, turun ilk günündə meydana çıxacaq "Qəbələ" "Zirə" ilə qarşılaşacaq.
 
Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Bu, iki komanda arasında 33-cü duel olacaq. İndiyədək rəqiblər 32 dəfə görüşüb. 12 qələbə qazanan "Qəbələ" 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 43 qol vuran "qırmızı-qaralar" 28 top buraxıb. "Qəbələ"nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. ülvi İsgəndərovun hesabında üç top var.
 
İndiyədək keçirilən 32 görüşdən 30-u çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 10 dəfə qalib gələn "Qəbələ" 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 36 qol vuran "qırmızı-qaralar" 26 top buraxıb.
 
"Qəbələ" 16-cı dəfə "Zirə"ni öz meydanında qəbul edəcək. 6 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 20 qol vuran komanda 10 top buraxıb.
 
Xatırladaq ki, aprelin 7-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Zirə" matçına saat 17:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest