"Avrokuboklara vəsiqəni təmin etmək qarşımıza qoyulan məqsəd idi. Amma biz rahatlaşa bilmərik"

"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 28-ci turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabah"ı, azarkeşləri təbrik etmək istəyirəm. önəmli nəticə əldə etdik. Bu gün xüsusi gündür, avrokuboklara vəsiqəni təmin etdik, medalları da həmçinin. Amma medalların meyarını bilmirik, qarşıda oyunlar var. Tarixi gün oldu. İnanıram ki, "Sabah"ın tarixinə bu cür anları yazmağa davam edəcəyik.
 
Avrokuboklara vəsiqəni təmin etmək qarşımıza qoyulan məqsəd idi. Amma biz rahatlaşa bilmərik. Oyunçularla da danışanda dedik ki, mövsüm ərzində böyük iş görmüşük və dayanmaq lazım deyil. Daha da irəli getmək lazımdır. Qarşıdakı 8 oyunu "Qəbələ"yə qarşı ikinci yarıda keçirdiyimiz kimi keçirməliyik.
 
Oyuna gəlincə, rəqibin ilk qolu bizə mənfi təsir etdi. İkinci yarıda dəyişikliklər etdik. Oyuna sonradan daxil olanların qələbədə payı çoxdur. Xarakter göstərərək qələbə qazandıq. İkinci yarıda hər iki tərəf hücumlar etdi. "Qəbələ" yaxşı futbol oynayır. Onlara uğurlar arzulayıram.
 
Mən hər kəsin oruc tutmasına hörmətlə yanaşıram və bilirəm ki, İslam dinində bəziləri orucu erkən, bəziləri ondan gec açır. Rəqibin 9 nömrəli futbolçusu pauza verdi və orucunu açdı, su içdi. Nəsə yedi. Qısa müddət keçməmiş bütün oyunçular getdilər oruc açmağa, su içməyə. Mən ona etiraz edirdim ki, bir pauza verək, orucunu açsınlar, daha sonra davam etsinlər.
 
Aleksey İsayev millinin İsveçlə oyununda meydanda oldu. Onun oyununu əla qiymətləndirərdim. Bəxtiyar Həsənalızadə Avstriya ilə oyunda pis çıxış etdi, çünki pis formada idi. Bu da məlum idi. çünki o əlindən zədə almışdı. Millidəki qalan digər oyunçularımız da əla formadadır. "Qarabağ"ın millidə olan oyunçuları da çox yaxşı formadadır. Avrokuboklarda da baxırıq, yaxşı çıxış edirlər. Keçmiş komandam, "Krasnodar"la "Sabah"ın göstəricilərinə baxdıqda, heç də geri qalmırıq. Hətta "Sabah"ın futbolçularının fiziki göstəriciləri əvvəlki sabiq komandamın göstəricilərindən daha yaxşı olur. ümumi götürsək, çempionatın intensivliyinin artması üçün, oyunlarda daha az pauzalar olmalıdır. Aşağı pillələrdə qərarlaşan və nəticəyə oynayan komandalar çox pauza edirlər, oyunu gecikdirirlər, yalandan qıcolmalar tutur. Bütün bunların qarşısını ala biləcək şəxslər hakimlərdir. Onlar buna qarşı çox sərt olmalıdırlar. Avropada bu hərəkətlər keçmir, hakimlər bu tip hallara imkan vermirlər.
 
Yusif İmanova gəldikdə, bəzən pis təcrübə 5-6 oyundan sonra sənə daha yaxşı nələrsə verir. Yusiflə dörd buraxılan qolu müzakirə etdik. Bunlardan nəticə çıxarmalıdır ki, öz üzərində işləyib daha da inkişaf etsin".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest