Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə lider "Qarabağ" səfərdə "Şamaxı" ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi səfərdən qələbə ilə qayıdıb.

Turun son matçında isə "Sabah" "Qəbələ"ni qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, daha öncə "Turan Tovuz" evdə "Sumqayıt"a 2:3 hesabıyla uduzub, "Kəpəz" "Səbail"ə 1:0 hesabıyla qalib gəlib. "Zirə" – "Neftçi" matçında isə qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
XXVIII tur
2 aprel

"Şamaxı" – "Qarabağ" 0:1
Qol: E.Cəfərquliyev, 33.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 15:30.

Şamaxı: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 12. Əkpər Vəliyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov.
Baş məşqçi: Vüqar Əsgərli.
Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

"Sabah" – "Qəbələ" 3:2
Qollar: İlkin Qırtımov, 9-öz qapısına. Coy Lens Mikels, 86. Aleksey Kaşuk, 90+5 – ülvi İsgəndərov, 21. Feras Abu Akal, 27.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
"Bank Respublika Arena", 18:00.

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. ürfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest