Türkiyə Super Liqasının 26-cı turunun "Ankaragücü" ilə oyunu "Sivasspor"un baş məşqçisi Rıza çalımbay üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 60 yaşlı mütəxəssis ölkə çempionatında ən çox oyuna çıxan baş məşqçiyə çevrilib.
 
Sözügedən oyun bu baxımdan onun 622-ci matçı olub. Bundan əvvəlki rekord Samet Aybabaya məxsus idi – 621 oyun. İlk üçlüyü 593 matçla Şenol Günəş qapayır.
 
Xatırladaq ki, "Sivasspor" baş məşqçisinin tarixə keçdiyi bu qarşılaşmada 2:0 hesablı qələbəyə sevinib.
 
çalımbay 2019-cu ilin yayından "Sivasspor"a rəhbərlik edir. O, daha öncə 2010-2013-cü illər aralığında da Sivas təmsilçisində baş məşqçi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest