Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

"Maynts" - "Frayburq" matçı heç-heçə yekunlaşıb. "Union Berlin" evdə "Ayntraxt"a qalib gəlib. Lider "Bavariya isə səfərdə "Bayer"ə uduzub.

Bu məğlubiyyətin ardından "Bavariya" liderliyi Dortmund "Borussiya"sına təhvil verib. Dortmundluların 53, münhenlilərin 52 xalı var. "Union Berlin" 48 xalla üçüncü pillədə qərarlaşıbsa, "Frayburq" 46, "Leypsiq" 45, "Ayntraxt" 40 xal toplayıb.

Almaniya Bundesliqası
25-ci tur
17 mart

Borussiya (Mönhenqladbax) – Verder 2:2
Qol: Turam, 48. Noyhaus, 73 – Dukş, 65; 89.

18 mart

Auqsburq – Şalke 1:1
Qol: Mayer, 51 – Bulter, 90+3-pen.

Bohum – Leypsiq 1:0
Qol: Masoviç, 48.

Hoffenhaym – Herta 3:1
Qol: Kramariç, 24-pen; 37-pen. Bebu, 51.

Ştutqart – Volfsburq 0:1
Qol: Marmuş, 56.

Borussiya (Dortmund) – Köln 6:1
Qol: R.Gerrero, 15. Haller, 17; 69. Roys, 32; 70. Malen, 36 – Selke, 42.

19 mart

Union Berlin – Ayntraxt 2:0
Qol: Xedira, 53. Behrens, 75.

Bayer – Bavariya 2:1
Qol: Palasios, 55-pen; 73-pen – Kimmix, 22.

Maynts – Frayburq 1:1
Qol: Onisivo, 90+6 – Doan, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest