AFFA-nın Hakimlər Komitəsi tərəfindən "Kəpəz"in üzvləri üçün oyun  qaydaları ilə bağlı seminar keçirilib. Matc.az xəbər verir ki, seminarda futbolçuların meydandakı ümumi davranışına diqqət çəkilib, nizam-intizamdan söhbət açılıb. 
 
Hakim qərarlarına etirazlar, simulyasiya epizodları, düşüncəsiz qayda pozuntuları, ofsayd vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb, sual-cavab edilib. çempionat oyunlarından mübahisəli epizodlar görüntülü şəkildə müzakirəyə çıxarılıb.
 
Seminar AFFA-nın Hakimlər Komitəsinin üzvü Anar Salmanov və hakimlərin fiziki hazırlıq üzrə məşqçisi Namiq Quliyev tərəfindən keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest