"Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən mərkəz müdafiəçisi olmalıdır"

"Oyunun necə keçdiyini siz daha yaxşı gördünüz". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XIX turunda "Zirə"yə 1:1 hesabı ilə uduzduqları oyunu  şərh edərkən deyib.

Onun sözlərinə görə, komandası ilk yarıda çox yaxşı oyun sərgiləyib: "Rəqibə qol imkanları vermədik. Birinci hissə xoş təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimizi oyunda itirdik. Bu, komandaya təsir edəcək. Sözün əsl mənasında planlarımız pozuldu. Biz həmin epizoddan sonra oyundan qopduq. 3 yeni oyunçumuz bu gün meydanda oldu. Onların özünü göstərmələri çox vacib idi. Gələn oyunlarda daha yaxşı olacağına ümid edirik. Yeni transferlərimiz özünü doğrultdu".

Abasov bildirib ki, belə oyunlarda xal itirmək olmaz: "Maya qədər vaxtımız var. Sonda bir komanda liqadan uzaqlaşacaq. Belə oyunlarda xal itirməməlisən. Gənc oyunçularımız kifayət qədər çoxdur. Əlimizdən gələni etməliyik ki, hər şey qaydasında getsin. Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən mərkəz müdafiəçisi olmalıdır. Həm yarımmüdafiədə, həm də müdafiədə boşluqlar özünü göstərdi. Əlimizdə olan futbolçularla mübarizə aparacağıq. Onlarla kifayətlənəcəyik".

 

TURAN

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest