Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa ölkələrinin milli çempionatlarının reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer Liqası Avropanın illik reytinqində 14 pillə irəliləyib.
 
Azərbaycan çempionatı 349.25 xalla qitənin 2022-ci il üçün reytinq cədvəlində 21-ci yerdə qərarlaşıb.
 
45 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. İspaniya La Liqası ikinci, Almaniya Bundesliqası üçüncüdür.
 
Xatırladaq ki, Azərbaycan çempionatı dünyanın ən reytinqli 41-ci liqasıdır.
 
İlk 10 pillədə bu ölkələr qərarlaşıb:
 
1. İngiltərə - 1086
2. İspaniya - 967.5
3. Almaniya - 921,5
4. İtaliya - 866
5. Fransa - 855
6. Portuqaliya - 853.25
7. Niderland - 808.75
8. Belçika - 622.5
9. Türkiyə - 582.5
10. Serbiya - 543.25

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest