"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov yanvarın 2-də start verdikləri təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "Kəpəz" TV-yə açıqlamasında bunları söyləyib

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov yanvarın 2-də start verdikləri təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "Kəpəz" TV-yə açıqlamasında bunları söyləyib:
 
"Yaranmış qısa fasilədən sonra futbolçularda geriləmə var. çalışırıq ki, məşqlərdə həmin geriləməni aradan qaldıraq. Təlim-məşq toplanışından çox şey gözləyirəm. Futbolçuların daha istəkli, aqressiv olması və funksional hazırlığı önəmlidir. çünki bizi 18 turluq ağır çempionat gözləyir. Bütün komandalar heyətlərini gücləndirir. Bəzilərində məşqçi dəyişiklikləri oldu. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq".
 
"Kəpəz" hazırlığın ikinci mərhələsi üçün yanvarın 7-də Türkiyəyə yollanacaq. Ayın 19-dək Antalyada məskunlaşacaq gəncəlilər "MTK Budapeşt" (Macarıstan - 14 yanvar), "Novi Pazar" (Serbiya - 16 yanvar) və "Kaysar"la (Qazaxıstan - 18 yanvar) yoxlama görüşlərində qüvvəsini sınayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest