Misli Premyer Liqasında XV tura yekun vurulub. Matc.az xəbər verir ki, "Sabah" bu turda səfərdə "Turan Tovuz"la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.

Misli Premyer Liqasında XV tura yekun vurulub. Matc.az xəbər verir ki, "Sabah" bu turda səfərdə "Turan Tovuz"la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
 
Tovuz şəhər stadionunda keçirilmiş görüş "Sabah"ın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub. Belə ki, "Sabah"ın heyətində 68-ci oyununu keçirən müdafiəçi, bu sahədə klubun tarixində mütləq rekordçu olub. Bundan öncə Amin komandanın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.
 
Xatırladaq ki, Seydiyev "Sabah"ın heyətində yüksək liqada 64, ölkə kubokunda isə 4 matç keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest