Almaniyanın "Leypsiq" klubunun keçmiş texniki direktoru Kristofer Vayvel bundan sonra İngiltərədə çalışacaq. Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Vayvel bundan sonra "çelsi"də eyni vəzifəni icra edəcək.
 
O, oktyabrın 7-də Almaniya klubunu tərk edib. Vayvel 2020-ci ildən "Leypsiq"də bu vəzifədə çalışırdı.
 
"çelsi" İngiltərə Premyer Liqasında 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest