Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Matc.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. 7 gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final döyüşlərində qalib gələn Məhəmmədəli Məmmədli, Əli Baxışov, Bilalhabaşi Nəzərov, Sübhan Babayev, Faiq Mollayev, Eldar Abdullazadə, Elbrus Kərimli, Orucəli Cavadzadə, Mirhəsən İbrahimov, Kənan Aslanlı, Rüstəm Nemətov, Kənan İsayev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli və İlkin Məmmədli çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi 89 xalla birinci yeri tutub. İkinci pilləyə Gəncə komandası (21) yiyələndiyi halda, “üçlüy”ü “Neftçi” İdman Klubu (18) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Bilalhəbaşi Nəzərov layiq görülüb. Yasəf Quliyev isə ən yaxşı hakim adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan birinciliyi
Finallar

42 kq
Nihat Qasımov (“Təhsil” RİM) – Məhəmmədəli Məmmədli (Tərtər) – 2:3

44 kq
Əli Məmmədov (Astara) – Əli Baxışov (Cəlilabad) – 0:5

46 kq
Fərid İsmayılzadə (“Təhsil” RİM) – Bilalhəbaşi Nəzərov (Astara) – 0:5

48 kq
Zidan Qunbatov (Şirvan) – Sübhan Babayev (“Təhsil” RİM) – 0:5

50 kq
Bağır Əmirxanlı (“Təhsil” RİM) – Faiq Mollayev (Gəncə) – 0:5

52 kq
Turqay Rəhimli (Gəncə) – Eldar Abdullazadə (“Təhsil” Sumqayıt) – 1:4

54 kq
Vüsal Xəlilov (“Spartak” İC) – Elbrus Kərimli (Naxçıvan MR) – 2:3

57 kq
Vaqif Hacıyev (UGİM-7) – Orucəli Cavadzadə (Lənkəran) – 2:3

60 kq
Mirhəsən İbrahimov (“Zabit” İK) – Həsən Hacıyev (“Təhsil” Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib

63 kq
Hüseyn Hacıyev (“Təhsil” Sumqayıt) – Kənan Aslanlı (“Təhsil” RİM) – ikinci tam üstünlüklə qalib gəlib

66 kq
Rza Rzayev (Gəncə) – Rüstəm Nemətov (“Təhsil” RİM) – 0:5

70 kq
Kənan İsayev (“Təhsil” Sumqayıt) – Səfər Cəfərov (“Neftçi” İK) – 4:1

75 kq
Vüsal Məhərrəmov (Sumqayıt) – Mircəlal Mirağayev (“Təhsil” RİM) – 1:4

80 kq
Hüseyn Hüseynli (“Təhsil” RİM) – Fuad Babayev (Z-1 İK) – 4:1

+80 kq
İlkin Məmmədli (“Neftçi” İK) – Ruslan Bayramov (“Neftçi” İK) – 5:0

Bütün mükafatçılar

42 kq
1. Məhəmmədəli Məmmədli (Tərtər)
2. Nihat Qasımov (“Təhsil” RİM)
3. Habil Abasov (Hacıqabul)
3. Ömür Hümbətov (Şirvan)

44 kq
1. Əli Baxışov (Cəlilabad)
2. Əli Məmmədov (Astara)
3. Alışan Tağıyev (Sumqayıt)
3. Nurlan Vahidli (“Təhsil” Sumqayıt)

46 kq
1. Bilalhabaşi Nəzərov (Astara)
2. Fərid İsmayılzadə (“Təhsil” RİM)
3. Rövşən Bünyatov (Sumqayıt)
3. Kərim Qocayev (BFL)

48 kq
1. Sübhan Babayev (“Təhsil” RİM)
2. Zidan Qunbatov (Şirvan)
3. Yusif Şeydayev (Qəbələ)
3. Arif Məcidov (Masallı)

50 kq
1. Faiq Mollayev (Gəncə)
2. Bağır Əmirxanlı (“Təhsil” RİM)
3. Həsrət Mehdiyev (Gəncə)
3. Səyyad Məmmədli (Cəlilabad)

52 kq
1. Eldar Abdullazadə (“Təhsil” Sumqayıt)
2. Turqay Rəhimli (Gəncə)
3. Nihad Babacanov (Sumqayıt)
3. Ülvi Həbibov (Neftçala)

54 kq
1. Elbrus Kərimli (Naxçıvan MR)
2. Vüsal Xəlilov (“Spartak” İC)
3. Raul Əsədullayev (Lənkəran)
3. Azad Cavadzadə (Abşeron)

57 kq
1. Orucəli Cavadzadə (Lənkəran)
2. Vaqif Hacıyev (UGİM-7)
3. Tofiq Zairov (“Təhsil” RİM)
3. Ruslan Ruşanov (Cəlilabad)

60 kq
1. Mirhəsən İbrahimov (“Zabit” İK)
2. Həsən Hacıyev (“Təhsil” Sumqayıt)
3. Ömər İmanlı (“Təhsil” RİM)
3. Əli Ələsgərov (Lənkəran)

63 kq
1. Kənan Aslanlı (“Təhsil” RİM)
2. Hüseyn Hacıyev (“Təhsil” Sumqayıt)
3. Tərlan Əhmədov (Qəbələ)
3. Səid Haqverdiyev (Laçın)

66 kq
1. Rüstəm Nemətov (“Təhsil” RİM)
2. Rza Rzayev (Gəncə)
3. Amin Məmmədzadə (Sumqayıt)
3. Rövşən Abbasov (UGİM-7)

70 kq
1. Kənan İsayev (“Təhsil” Sumqayıt)
2. Səfər Cəfərov (“Neftçi” İK)
3. Əli Məmişov (“Təhsil” RİM)
3. Polad Rüstəmov (“Qızıl əlcək” İK)

75 kq
1. Mircəlal Mirağayev (“Təhsil” RİM)
2. Vüsal Məhərrəmov (Sumqayıt)
3. Ömər Quluzadə (“Təhsil” Sumqayıt)
3. Ramazan Şıxıyev (“Neftçi” İK)

80 kq
1. Hüseyn Hüseynli (“Təhsil” RİM)
2. Fuad Babayev (Z-1 İK)
3. Ümid Atakişiyev (MOİK)
3. Əmir Abbasov (BFL)

+80 kq
1. İlkin Məmmədli (“Neftçi” İK)
2. Ruslan Bayramov (“Neftçi” İK)
3. Rahib Təhməzov (Laçın)
3. Orxan Ağayev (“Zabit” İK)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest