Slovakiyada təlim-məşq toplanışında olan Polşanın “Visla” komandası növbəti yoxlama matçına çıxıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk təmsilçisi ikinci sınaq matçında yerli “Tatran”la qarşılaşıb.
 
8 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 4:4. Anton bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
Xatırladaq ki, “Visla” Krivotsyukun da iştirakçısı olduğu ilk sınaq matçında Slovakiyanın digər klubu “Jilina”ya 0:4 hesabıyla uduzmuşdu. Futbolçumuzun komandası növbəti yoxlama oyununda “Jeleziarne” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest