Hücumçu 2022-ci il aprelin 9-da "Mançester Yunayted" - "Everton" matçının final fitindən sonra davranışının yersiz olduğunu etiraf edib.

İngiltərə Futbol Assosiasiyası (FA) Kriştiano Ronaldonu cəzalandırıb. Matc.az xəbər verir ki, buna 2021/22 mövsümündə "Everton"la səfər oyunundan sonra futbolçunun azarkeşin telefonunu sındırması ilə bağlı insident səbəb olub. Portuqaliyalı buna görə qurumun himayəsi altında iki oyunu buraxmalı olacaq.
 
"Ronaldo qaydaları pozduğuna görə iki oyunluq cəzalandı, 50 min cərimə olundu. Hücumçu 2022-ci il aprelin 9-da "Mançester Yunayted" - "Everton" matçının final fitindən sonra davranışının yersiz olduğunu etiraf edib. Müstəqil Tənzimləmə Komissiyası sonrakı dinləmələr zamanı onun davranışının həm yersiz, həm də zorakılıq xarakteri daşıdığını müəyyən edib və bu sanksiyaları tətbiq edib" - deyə, assosiasiyanın mətbuat xidmətinin açıqlamasında bildirilir.
 
çərşənbə axşamı "Mançester Yunayted" Ronaldo ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozduğunu açıqlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest