Misli Premyer Liqasının 13-cü turunda keçiriləcək "Qarabağ" – "Kəpəz" qarşılaşmasının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, 13 və 16-cı sektorlar 5 manat, VIP sektorlara olan biletlər isə 20 manat təşkil edir.
 
Biletləri bu gün iticket.az-da onlayn ala bilərsiniz. Sabah - oyun günü isə biletləri həm iticket.az, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Sabah keçiriləcək "Qarabağ" – "Kəpəz" qarşılaşmasına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest