Fransanın aşağı yaş qrupu üzrə milli komandalarının keçmiş futbolçusu Samed Kılıç karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Matc.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
 
Türkiyə əsilli futbolçu Azərbaycandan təklif aldığını deyib. Onun Türkiyədə oynamaq variantı da olub. Amma Kılıç Belçikanın ikinci liqasında çıxış edən Lüksemburq klubu "Virton"u üstün tutduğunu bildirib. "Oser"in yetirməsi yeni klubu ilə bir illik müqavilə imzaladığını deyib.
 
Samed Kılıç ötən mövsümü Fransanın aşağı liqa təmsilçisi "Şambli"də keçirib. O, Türkiyədə "Samsunspor" və "Turqutluspor"un da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest