13 Avqust 2026, 14:52
FUTBOL
"Monako" Lamin Kamaranı "Kristal Pelas"a satmaqdan imtina edib.
Matc.az xəbər verir ki, bu barədə BBC idman nəşri məlumat yayıb.
Bildirilir ki, Premyer Liqa klubu 22 yaşlı seneqallı yarımmüdafiəçi üçün 35 milyon funt-sterlinqdən çox məbləğ təklif etsə də, moneqasklar bu sorğunu geri çeviriblər.
Kamaranın transferinin "Kristal Pelas"ın tarihindəki ən baha başa gələn satınalmalardan biri ola biləcəyi qeyd olunur.
Qeyd edək ki, ötən mövsüm Fransa Liqa 1-də keçirdiyi 24 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yaddaqalan futbolçu, Seneqal millisinin heyətində 2026-cı il dünya çempionatının hər 4 oyununda da meydana çıxıb.





_1786621983.jpg)






