Xorvatiyalı mütəxəssis Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinin baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qurumun rəsmi bəyanatında bu sözlər yer alıb: "Xoş gəldin, Zlatko Daliç! BƏƏ Futbol Assosiasiyası xorvatiyalı mütəxəssisin milli komandamızın baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan etməkdən məmnunluq duyur".

Komandanın əvvəlki çalışdırıcısı Kosmin Oleroyu 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki uğursuzluq səbəbindən may ayında istefaya göndərilmişdi.

Daliç 9 il rəhbərlik etdiyi Xorvatiya millisindəki fəaliyyətini bu ilin iyul ayında başa vurub. Onun rəhbərliyi altında xorvatiyalılar 2018-ci il dünya çempionatının və 2022/2023 mövsümü Millətlər Liqasının gümüş, həmçinin 2022-ci il dünya çempionatının bürünc medallarını qazanıblar.

Sonuncu 2026-cı il dünya çempionatında isə 1/16 final mərhələsində Portuqaliyaya uduzaraq (1:2) mübarizəni dayandırıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest