13 Avqust 2026, 21:56
FUTBOL
"Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştiano Ronaldo sosial şəbəkə hesabında saçlarını narıncı rəngə boyatdığını əks etdirən fotoşəkil paylaşıb.
Matc.az xəbər verir ki, bu barədə portuqaliyalı ulduz futbolçu öz rəsmi profillərində məlumat yayıb.
Avqustun 15-də "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında yeni mövsümə "Əl-Fateh" ilə matçla start verəcək. Ötən mövsümün nəticələrinə görə, Ər-Riyad təmsilçisi çempionatın qalibi olub.
Ronaldu 2025/2026-cı illər mövsümündə "Əl-Nəsr" və Portuqaliya millisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 36 qol vurub.
Oyunçunun klubla hazırki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında onun dəyəri 10 milyon avro təşkil edir.













