13 Avqust 2026, 11:50
FUTBOL
"Əl-Qədisiyyə" komandası "Mançester Siti"nin yarımmüdafiəçisi Ticani Reyndersin transferi ilə bağlı irəliləmiş danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu 28 yaşlı yarımmüdafiəçi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır və İngiltərə klubu ilə razılığa gəlməyə yaxındır.
Hazırda hər şey niderlandlı futbolçunun öz qərarından asılıdır.
Ötən mövsüm Reynders Premyer Liqada keçirdiyi 28 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.













