Misli Premyer Liqasında 2026/2027-ci illər mövsümünün I turunda keçiriləcək oyunların təyinatları bəlli olub.

Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Sabah" klubunun rəsmi müraciəti və "Kəpəz" klubunun rəsmi razılıq məktubu nəzərə alınaraq, komandalar arasında birinci və ikinci dövrədəki oyunların yeri dəyişdirilib.

Yeni mövsümün ilk turunun bütün qarşılaşmaları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayacaq və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Avqustun 14-dən 17-nə qədər davam edəcək turun açılış matçında "Turan Tovuz" öz meydanında "Qəbələ"ni qəbul edəcək.

Misli Premyer Liqası
I tur

14 avqust

19:30. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu 

15 avqust

18:30. “Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu 

20:45. “Sabah” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena” 

16 avqust

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“SOCAR Polymer Arena” 

21:00. “Zirə” – “Şəfa”

Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Zirə İdman Kompleksinin stadionu 

17 avqust

19:30. “Qarabağ” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest