Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Qarabağ” daha güclü rəqibdir. Ona görə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşmaq istədiyimizi söyləmişdim. Sabahkı matçda hər şeyə hazırıq. Burada havanın isti, tribunada rəqib komandanın azarkeşlərinin çox olacağını bilirik. Bakıya hazırlıqlı gəlmişik. Oyuna konsentrasiya olmağa çalışacağıq".
 
O, "Qarabağ"ın Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırdığını xatırladıb: "Amma biz də Çexiya çempionuyuq. Rəqibin güclü olduğunu bilirik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
 
Bilek meydana hansı heyətlə çıxacaqlarını açıqlamayıb: "Start heyətini və hansı oyun üslubunda oynayacağımızı indi demək istəməzdim. Hər şeyi sabah görmək mümkün olacaq. Hələ qrup mərhələsinə vəsiqə qazanmamışıq. Sonadək mübarizə aparmalıyıq. Çünki uzun yol qət etmişik".
 
Təcrübəli baş məşqçi Bakıda qalib gəlmək istədiklərini gizlətməyib: "Evdə rahat oynamaq üçün burada qələbə yaxşı olardı. Amma sabah meydanda nəyin necə olacağını bilmirik. "Qarabağ"ın hücum xətti güclüdür. Ona görə də 2 hücumçu ilə oynayıb-oynamayacağımızı bilmirik".
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest