UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında Bakıda baş tutacaq ilk oyunun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
 
Qarşılaşmanı FİFA referisi Slavko Vinçiç idarə edəcək. Ona yan xətt hakimləri Tomaş Klançnik və Andray Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.
 
VAR hakimləri Neyç Kaytazoviç və Yure Praprotnik olacaq.
 
Avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" matçına saat 20:45-də start veriləcək. Cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest