Futbol üzrə Xorvatiya çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Split “Hayduk”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
 
Son Xorvatiya çempionu olan “Dinamo” 5 turdan sonra 13 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest