Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsindəki rəqibi bəlli olub. Matc.az xəbər verir ki, yığmamız finala gedən yolda A qrupunu 2-ci pillədə bitirən İran seçməsi ilə qarşılaşacaq. Görüş avqustun 14-də baş tutacaq.
 
Digər yarımfinal matçında Türkiyə Kamerunu sınağa çəkəcək. Final oyunu avqustun 15-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest