“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
“Çox döyüşkən oyun alındı. Komanda qətiyyətini göstərdi. Hər iki tərəf hücumlar etdi. Oyun intizamını itirmədik və bunun sayəsində qələbə qazandıq. Müdafiə xəttini irəlidə qurduq. Qapıçının müdafiəçiləri daha yaxşı sığortalaması üçün bu addımı artırıq. Yeni oyunçular bizə fayda verir. Buna görə çox şadam. Amma transferlər və məşqçilər işi barədə mövsümün sonunda dəqiq nəsə demək olar. İki matçdan sonra danışmaq tezdir".
 
39 yaşlı baş məşqçi daha bir futbol transfer etmək istədiklərini gizlətməyib: "Hələlik namizədlərlə anlaşa bilmirik. İstədiyim komandanı formalaşdırmaq istəyirəm və hazırda yoldayıq. Daha yaxşı ola bilərik və buna inanıram. Yenə deyirəm, iki tur böyük nəticələr çıxarmaq üçün çox azdır. Qarşıda çox vaxt var. Transfer pəncərəsi bağlanmayıb. Bütün komandalar güclənməyə çalışacaq".
 
Musayev medallar uğrunda mübarizə aparmaq və avrokuboklara və vəsiqə qazanmaq istədiklərini söyləyib: "Hər oyuna konsentrasiyalı hazırlaşıb, daha yaxşı nəticələr əldə etmək istəyirik".
 
O, "Zirə" ilə matçda gənc qapıçı Yusif İmanova start heyətində şans verməsinin səbəbini də açıqlayıb: "Layiqdirsə, oynayır. Qapıçı mövqeyi çox çətindir. “Neftçi”nin qapıçısı İvan Brkiç Avstriyada "Rapid"ə qarşı avrokubok matçında nə qədər fantastik seyvlər etdi. Amma qol epizodunda səhvi oldu. Bəlkə də o zərbə 100 dəfə gəlsə, heç birində buraxmazdı. Qapı elə mövqedir ki, səhvlərini hamı görür. Hücumçularda bu nəzərə çarpmır. Hər qapıçı səhv edə bilər. Əsas bunlara doğru reaksiya verməkdir".
 
Mütəxəssis yeni transfer Namik Ələskərovun çıxışını da dəyərləndirib: "O, düzgün pressinqlə topu qazanıb, qol vurdu. Böyük həcmdə iş gördü".
 
Baş məşqçi "Qarabağ" avrokuboklarda çox uğurlu nəticələr göstərir. Onları çempionluq mübarizəsində əsas rəqibiniz görürsüz?" sualına bu qısa cavab verib: "Gələcəkdə görəcəyik".
 
Musayev Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi oyunlardan da söz açıb: "Viktoriya"nın oyunlarına baxmamışam. “Qarabağ” güclü psixologiyaya malikdir. 3 mərhələdə güclü rəqibləri keçibsə, yəqin ki, "Viktoriya"nı da mübarizədən kənarlaşdıra bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest