"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.

"Qarabağ"ın UEFA çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.
 
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
 
"Qarabağ" isə çL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
 
UEFA çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Viktoriya"ya qarşı ilk oyununu evdə, cavab matçını səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest