"Qarabağ" bu gün UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam klubu Macarıstanda "Ferentsvaroş"un qonağı olub. "Groupama Arena"da keçirilən qarşılaşmanı ispaniyalı FİFA referisi Karlos del Serro idarə edib.

Azərbaycan çempionu oyuna ciddi itkilərlə çıxıb. İki əsas mərkəz müdafiəçisi – Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyib. Əvəzində ilk görüşü cəzalı olduqları üçün buraxan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olub.

Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə Azərbaycan təmsilçisi inamlı qələbə qazanmaqla növbəti mərhələyə adlayıb.

Bu cütün qalibi pley-offda "Şerif" (Moldova) – "Viktoriya" (Plzen, çexiya) duelinin güclüsü ilə görüşəcəkdi. "Ferentsvaroş" – "Qarabağ" cütündə uduzan tərəf isə Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaqdı. Azərbaycan çempionu çL-in pley-offunda "Viktoriya" ilə üz-üzə gələcək.

"Qarabağ" mərhələni adlamaqla həm də Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
9 avqust

Ferentsvaroş – Qarabağ 1:3
Qol: A.Traore, 86 – A.Zubir, 7. İ.Vadji, 54; 78.
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya).
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva.
Budapeşt, "Groupama Arena".

Ferentsvaroş: 90. Deneş Dibus (k), 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristoffer Zakariassen, 17. Eldar çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni.
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Məhəmməd Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş.
Baş məşqçi: Stanislav çerçesov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest