"Liverpul"un baş məşqçisi Yurgen Klopp çempionlar Liqasının finalında "Real"a qarşı oyundan əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, alman mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında bunları deyib:
 
"Klubların tarixinə nəzər salsaz, "Real"ın necə geridönüşlər etdiyini görərsiz. Amma istəyirəm ki, belə şeylərdə eyni səviyyədə olaq. Finalda özümüz kimi olmaq, öz futbolumuzu oynamaq niyyətindəyik. Oyunun favoritinin kim olduğunu bilmirəm. Bu, heç mənim vecimə də deyil".
 
çempionlar Liqasının final oyunu bu gün keçiriləcək və saat 23:00-da başlayacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest