"Liverpul" bir mövsümdə vurulan qol sayına görə klub tarixinin yeni rekordunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, sözügedən komanda buna ötən gün çempionlar Liqasının yarımfinalında "Vilyarreal"la cavab görüşündəki 3:2 hesablı qələbə sayəsində nail olub.
 
Nəticədə "mersisaydlılar" 2021/22 mövsümündə vurduqları qolların sayını 139-a çatdırıblar. Bu isə klub tarixinin rekord göstəricisidir. "Liverpul" bu qolları bütün turnirlər çərçivəsində keçirdiyi 57 matçda vurub.
 
"Vilyarreal"a ilk görüşdə də 2:0 hesabı ilə qalib gələn "Liverpul" finala yüksəlib. Sözügedən komanda çL-in finalında "Real" - "Mançester Siti" cütünü qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-də Parisdəki "Stade de Frans"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest