Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, qadın həndbolçuların EHF kubokunun yarımfinal mərhələsinin oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
 
Əsgərov, Serbiyanın "ZRK Bekament Bukoviçka Banja" və İspaniyanın "HC Kosta Del Sol Malaqa" klublarının görüşündə qitənin ali həndbol qurumunu təmsil edəcək.
 
Sözügedən oyun aprelin 2-də Serbiyanın Aranjelovavats şəhərinin "Şumadiya" idman arenasında təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest