Martın 24-dən 30-dək Azərbaycan Texniki Universitetinin idman sarayında 14 yaşa qədər oğlan və qızlardan ibarət komandaların iştirakı ilə keçirilən "Bahar kuboku 2022" Respublika turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, yarışda 24 oğlan və  12 qızlardan ibarət komanda mübarizə aparıb. 
Qızların yarışında finalda Şağan Olimpiya İdman Kompleksinin komandasına 66:55 hesabı ilə qalib gələn 2 nömrəli RİOEUGİM komandası qalib adını qazanıb. Oğlanlarda isə Təhsil Respublika İdman Mərkəzinin komandası 2 nömrəli RİOEUGİM komandasını 83:37 hesabı ilə məğlub edərək, birinci olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest