Bu gün kişi voleybolçular arasında Azərbaycan birinci liqasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, baş tutan qarşılaşmalarla 2-ci dövrəyə yekun vurulub və pley-offa yüksələn klubların adlarına aydınlıq gəlib.
 
"Təhsil"lə oyuna gəlmədiyi üçün "Taleh-A.T" komandasına isə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Birinci liqa
10-cu tur
27 mart
 
Əlincə - Murov-2 1:3 (25:22, 18:25, 21:25, 16:25)
Təhsil - Taleh-A.T +:- 
Masallı - Aura 3:0 (25:8, 25:14, 25:19)
Azərbaycan Ali Hərbi Məktəbi - Veteranlar 3:0 (25:14, 25:15, 25:18)
 
Turnir cədvəli: 
A qrupu : "Təhsil" - 23 xal, "Murov-2" - 15, "Taleh-A.T" - 12, "Əlincə" - 7, "Həvəskarlar" – 2.
 
B qrupu: "Azərbaycan Ali Hərbi Məktəbi" - 20 xal, "Masallı" - 19, "Ryuqa" - 12, "Veteranlar" - 9, "Aura" - 0.
 
Pley-off mərhələsinin oyunları aprelin 3-da olacaq. A qrupunda birinci olan "Təhsil" B qrupunun ikincisi "Masallı" ilə, A qrupunun ikincisi "Murov-2" isə B qrupunun birinci "Azərbaycan Ali Hərbi Məktəbi" ilə qarşılaşacaq. Qaliblər aprelin 10-da finalda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest