Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Matc.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-cü turun oyunları martın 26-da təşkil olunacaq.
 
Günün ilk qarşılaşmasında saat 15:00-da "Neftçi" və "Sərhədçi" komandaları üz-üzə gələcək. Bu görüşdən 2 saat sonra "Ekspress" – MOİK oyunu gerçəkləşəcək.
 
Hər iki matç "Murov" Voleybol Klubunun idman zalında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest