Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirakdan imtina edib.

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirakdan imtina edib. Matc.az xəbər verir ki, bu barədə Finlandiya Voleybol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Amma Azərbaycan yığmasının yarışa hansı səbəbdən qatılmayacağı açıqlanmayıb.
 
Azərbaycan millisi Finlandiya və Macarıstanla birlikdə A qrupunda mübarizə aparmalı idi.Yarış 2022-ci il mayın 25-də start götürəcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest