Həndbol üzrə Azərbaycan çempionatına start verilib. Matc.az xəbər verir ki, çempionatın açılış oyununda kişilərdən ibarət "Gənclər Birliyi" və "Bakı" komandaları üz-üzə gəliblər.
 
Şağan Olimpiya İdman Kompleksində  baş tutan oyun "Bakı"nın 34:15 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sonra meydana qadın həndbolçular çıxıblar. "İdman Akademiyası" komandası ilə görüşən "Qarabağ" klubu qarşılaşmanı öz xeyrinə başa vurub – 43:24.
 
Kişilərin mübarizəsində U-16 - U-18 İdman Akademiyası komandalarının görüşü heç-heçə başa çatıb - 29:29.
 
Daha sonra meydançaya çıxan "Azəryol" və "Azərsu" kollektivlərinin görüşündə daha inamlı oyun göstərən "Azəryol" rəqibini böyük hesabla məğlub edib - 34:3.
 
İlk oyun gününün sonuncu "Təhsil" – "Məhsul" matçı isə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Tərəflərin cəhdlərinə baxmayaraq, görüş sülhlə yekunlaşıb – 26:26
 
Martın 26-da "Bakı – "Təhsil", "Qarabağ" – "Azəryol", U-18 İdman Akademiyası – "Gənclər Birliyi", "Azərsu" – "İdman Akademiyası" və "Məhsul" – U-16 qarşılaşmaları keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest