Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Matc.az xəbər verir ki, millimiz qardaş ölkədə növbəti sınaq matçını keçirib.
 
Budəfəki rəqib Türkiyənin 2-ci liqa təmsilçisi "Uşak Basketbol" kollektivi olub. Azərbaycan basketbolçuları bu rəqibə 104:60 hesabı ilə qalib gəlib.
 
Bu oyunda yığmamızın üç basketbolçusu öz statistikaları ilə diqqət çəkiblər:
 
Amil Həmzəyev - 20 xal (12 ribaund)
Zaur Paşayev - 16 xal (8 asist)
Əkbər Məmmədov - 17 xal (15 ribaund, 6 blok)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest