Azərbaycanın cüdoçu qızlardan ibarət yığma komandasının Albaniyanın Qolem şəhərindəki təlim-məşq toplanışı davam edir. Matc.az xəbər verir ki, hazırlıq qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında keçirilir.
 
Xatırladaq ki, təlimdə İngiltərə, Polşa, Fransa, ABŞ, Xorvatiya, Niderland, Kosovo və Sloveniyadan olan cüdoçu qızlar iştirak edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest