Azərbaycanın basketbol üzrə gənclərdən ibarət (U-18) komandasının Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışı davam edir. Matc.az xəbər verir ki, U-18 bu gün növbəti sınaq oyununa çıxıb.
 
Millimizin növbəti rəqibi Türkiyə Super Liqa təmsilçisi "Büyükçekmece Basketbol" komandasının gənclərdən ibarət kollektivi olub. Güclü rəqibi ilə prinsipial şəraitdə keçən oyunda U-18 72:65 hesablı qələbəyə sevinib.
 
Qarşılaşmanın ən məhsuldar basketbolçusu 20 xal toplayan yığmamızın üzvü Əli Həsənov olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest