Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan Bahar Kubokuna start veriləcək. Matc.az xəbər verir ki, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Super Liqanın iştirakçıları - "Azərreyl", "Murov", "Abşeron" və UNEC komandaları mübarizə aparacaqlar. 
 
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Yarış "Azərreyl" - "Abşeron" matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca saat 16:00-da isə "Murov" UNEC-i sınağa çəkəcək. 
 
Reqlamentə əsasən, birinci gün qalib gələn komandalar 1-ci yer uğrunda, məğlub komandalar isə 3-cü yer mübarizə aparacaq. Hər iki matç martın 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest