Azərbaycanlı kikboksçu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.

Azərbaycanlı kikboksçu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb. Matc.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən İmanov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən yarışda erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.
 
Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub. Xoceliani Gürcüstanı təmsil edib.
 
Məhəmməd İmanov gənclər arasında WAKO versiyası üzrə Avropa çempionatının qalibi, dünya çempionatının gümüş medalçısıdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest