Türkiyədə təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycanın əsas və U-18 yığmaları növbəti yoxlama oyunlarını keçiriblər. Matc.az xəbər verir ki, İzmir şəhərində hazırlıq keçən əsas milli yerli "Alsancak Premium" ilə qarşılaşıb.
 
Azərbaycan basketbolçuları bu rəqibə 94:72 hesabıyla qalib gəliblər. Bu qarşılaşmada komandamızın 3 basketbolçusu "double-double"-a imza atıb. Basketbolçularımızın statistikalarını təqdim edirik:
 
Amil Həmzəyev - 17 xal (12 ribaund)
Cəbrayıl Əkbərov - 19 xal (10 ribaund)
Zaur Paşayev - 15 xal (10 asist)
 
İstanbulda hazırlıq keçən gənclərdən ibarət komandamız (U-18) isə "Beşiktaş"ın gənclərdən ibarət basketbolçuları ilə qarşılaşıb. "Akatlar" idman kompleksində baş tutan qarşılaşmaya üstün başlayan yığmamız, bu üstünlüyü sona qədər qoruyaraq, meydançadan 66:56 hesablı qələbə ilə ayrılıb. Görüşün ən məhsuldar basketbolçusu 19 xal toplayan U-18 yığmamızın üzvü Azər Əzimov seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest