Azərbaycanın 3 karateçisi ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək Dünya Oyunlarında iştirak edəcək. Matc.az Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Dünya Karate Federasiyası (WKF) İrina Zaretska (68 kq), Asiman Qurbanlı (84+ kq) və Roman Heydərlinin (kata) yarışa qatılacağını təsdiqləyib.
 
Dünya Oyunları 7-17 iyulda gerçəkləşəcək. Karate yarışları 8-9 iyulda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest