Kişi və qadın voleybolçular arasında AÇ-2023-ün seçmə mərhələsinin qrupları müəyyənləşib.

Kişi və qadın voleybolçular arasında Aç-2023-ün seçmə mərhələsinin qrupları müəyyənləşib. Matc.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millilərinin də rəqibləri bəlli olub. 
 
Kişilərdən ibarət yığmamız A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Türkiyə və Danimarka milliləri olacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 
 
Qadınlardan ibarət yığmamız isə Aç-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.
 
Kişi və qadın voleybolçular arasında Avropa çempionatının həlledici mərhələsini keçirəcək ölkələr hələlik açıqlanmayıb.
 
Qitə çempionatının seçmə mərhələsinin görüşləri avqust – sentyabrda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest