Məşhur amerikalı basketbolçu Britni Qriner Rusiyada həbs edilib. Matc.az xəbər verir ki, Şeremetyevo gömrükçüləri onun çantasında narkotik aşkar ediblər. Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
 
Rusiyada – "Yekaterinburq UMMC"-də oynayan Qrinerə qarşı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.
 
Qriner ABŞ milli komandası ilə 2016-cı ildə Rio olimpiadasında çempionluq yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest