Martın 3-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən tura "Murov" - MOİK matçı ilə start verilib.
 
Fərid Cəlalovun komandası hər üç hissədə qalib gəlib – 3:0 (25:21, 25:20, 28:26).
 
Turun növbəti oyunu "Ekspress" - "Sərhədçi" komandaları arasında olub. Bu matçda da 3:0 hesabı qeydə alınıb. "Ekspress" hər üç hissədə daha əzimkar oyun göstərərək matçdan 3:0 (25:17, 29:27, 25:14) qalib ayrılıb.
 
Beləliklə IX turdan sonra "Murov" 17 xalla turnir cədvəlinə liderlik edir. Bu turda istirahət edən "Neftçi"nin 16, MOİK-in 15, "Ekspress"in 6 xalı var. "Sərhədçi" komandasının isə xalı yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest