2019-2021-ci illərdə "Azərreyl" klubunun prezidenti vəzifəsini icra edən Xəlilovun Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifəsinə seçilməsi ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu gün Fərid Xəlilov qurumun baş katibi təyin edilib. Matc.az xəbər verir ki, Fərid Xəlilov Azərbaycan voleybolsevərlərinə tanış simadır.
 
2019-2021-ci illərdə "Azərreyl" klubunun prezidenti vəzifəsini icra edən Xəlilovun Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifəsinə seçilməsi ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib.
 
Xəlilovdan öncə AVF baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son hesabat-seçki konfransında vitse-prezident seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest