Futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe həftənin ən yaxşı oyunçusu seçilib.
 
O, bu turda Belçika "Brügge"sinə qarşı keçirdikləri oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Həftənin ən yaxşı oyunçusu adına "Atletiko"dan (İspaniya) Antuan Qrizmann, "Vilyarreal"dan (İspaniya) Arnot Danjuma və "Lill"dən (Fransa) Conatan İkon da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest