Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva "Spartak"ı ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb, 88-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
 
"Ufa" 16 turdan sonra 16 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest