O, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununda UEFA nümayəndəsi olacaq.

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununda UEFA nümayəndəsi olacaq.
 
Sözügedən matç dekabrın 8-də Rusiyanın Sankt-Peterburq şəhərindəki “Qazprom Arena”da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest